Günəş insan sağlamlığına nə vaxt mənfi təsir göstərir?
Səhiyyə Nazirliyinin nümayəndəsi məsləhət görür
Azərbaycanlı mütəxəssis səhər saat 8-dən səhər 11-ə və axşam 16-dan axşam 19-a kimi çimərlikdə günəş vannası qəbul etməyi məsləhət görür.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Günay İsmayılova bildirib ki, saat 11:00-dan 16:00-dək günəş həddindən artıq aktivdir və insan sağlamlığına mənfi təsir göstərir.
"Bu saatlarda günəş yanığı ehtimalı yüksəkdir, çünki bu zaman ultrabənövşəyi şüalar ən aktivdir" dedi.