XƏBƏRLƏR / Qalmaqal

Rusiya dövlət tv-dən Azərbaycana qarşı yeni təxribat

“1-ci" kanal Azərbaycanın təhrif edilmiş xəritəsini göstərdi

Rusiya dövlət tv-dən Azərbaycana qarşı yeni təxribat
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 6-da Rusiya dövlət televiziyası olan "1-ci" kanalın "Vremya pokajet" verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsini göstərilib.

    Xəritədə Azərbaycan daxilində mövcud olmayan "naqornı Karabax" adlı ləkə yerləşdirilib. 

    Bununla da Rusiya Federasiyası rəsmi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və Azərbaycan-Ermənistan sülh prosesinə qarşı növbəti təxribata əl atıb. 

    Belə olan halda, Azərbaycan XİN Rusiyanın ölkəmizdəki səfirini dəvət edib, ona etiraz notası təqdim etməlidir.