Həlak olan hərbçilərin valideynləri aksiya keçirdi
Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama verib
Bu gün saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplanıb. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub. Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.