Ermənistanı "qarışdıran" keşiş Kanada vətəndaşı imiş
Bunu arxiyepiskop Baqrat Srbazan özü deyib
"Bəli, mənim ikili vətəndaşlığım var, Ermənistan və Kanada vətəndaşıyam”. Bunu Ermənistandakı etiraz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqrat Srbazan jurnalistlərlə söhbətində deyib.
Baqrat Srbazanın nəzərinə çatdıranda ki, Konstitusiyaya görə, o, Ermənistan Respublikasının baş naziri ola bilməyəcək, keşişin cavabı belə olub: “Əgər xalq bunu istəsə, xalqın iradəsi olsa və ali patriarx xeyir-dua verər, mən kiməm ki, yox deyim? Yenə deyirəm, mənim mübarizəm baş nazir olmaq uğrunda deyil, titulum baş nazir kreslosundan yüksəkdir”.