BBC İsraildən üzr istədi VİDEO
İsrail ordusu Qəzzadakı "Əl Şəfa" xəstəxanasına daxil olan zaman ərəb dilində danışanları hədəfə alırmış?
Britaniyanın BBC telekanalının efirində aparıcılardan biri İsrail ordusunun Qəzza zolağında yerləşən "Əl Şəfa" xəstəxanasına daxil olan zaman tibb işçilərini və ərəb dilində danışanları hədəf aldığını bildirib.
Kanal daha sonra bu iddiaya görə üzr istəyib.
“Reuters” agentliyində dərc edilən məlumatda isə bildirilib ki, İsrail hərbçiləri xəstəxanaya xüsusi təlim keçmiş tibbi işçiləri və ərəb dilli əsgərlərin müşayiəti ilə daxil olub.
Məlumatın yayılmasının ardınca BBC yanlış məlumat yaydığına görə tamaşaçılardan və İsraildən üzr istəyib.