İlon Mask USAID-in ləğv olunduğunu elan etdi YENİLƏNİB
Bu barədə o " X" şəbəkəsində yazıb

15:55
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən qərargahı Amerika administrasiyasının qərarı ilə bağlanıb. - FoxNews telekanalı.
Qeyd olunur ki, agentliyin lövhəsi Vaşinqtonda Ronald Reyqan binasında yerləşən agentliyin baş ofisindən çıxarılıb.
Milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) agentliyin həssas məlumatları ehtiva edən bütün kompüter sistemərinə nəzarəti ələ keçirib.
Konqresin Tədqiqat Xidmətinin məlumatına görə, USAID keçən il sərəncamında təqribən 40 milyard dollar (!!!) vəsait olub.
Qeyd edək ki, bir az əvvəl Mask təşkilatın ləğvi prosesinin başladığını elan edmişdir.
***
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesi gedir.
"Biz USAİD-in ləğv olunma prosesindəyik", - o, "X"-də deyib.
Maskın sözlərinə görə, agentliyin fəaliyyətini bərpa etmək mümkün deyil.
“Bu qurdlu alma deyil, sadəcə bir qurdlar yığınağıdır... Alma yoxdur, ona görə də hər şeydən qurtulmaq lazımdır”, o əlavə edib.