Moskva İrəvana xəbərdarlıq etdi
Mariya Zaxarova: İrəvanın KTMT-dən çıxmaq istəməsi barədə qərarı ölkənin milli maraqlarına uyğun gəlmir
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı Qərblə “flört”ə deyil, ölkənin real ehtiyaclarına əsaslanmalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, İrəvanın KTMT-dən çıxmaq istəməsi barədə qərarı ölkənin ilkin milli maraqlarına uyğun gəlmir.
“Bu, reallığa, ölkənin real ehtiyaclarına əsaslanaraq edilməlidir və heç bir halda onunla oynamamalı, Qərb ssenariləri əsasında başqa bir səhnələşdirmənin vəsvəsəsinə qapılmamalıdır. Bununla oynamayın, çox təhlükəlidir, çünki söhbət təhlükəsizlik məsələsindən gedir”, - Zaxarova xəbərdarlıq edib.
Rusiya XİN-in nümayəndəsinin sözlərinə görə, o, İrəvandakı siyasətçilərin nəyə görə “Ermənistan vətəndaşlarına KTMT-nin mənfi rolu barədə fikir aşıladığını” bilmir.
“Mənə elə gəlir ki, bu, Brüssel ərazisində hardasa hazırlanmışdır və deyilənlər informasiya zibilxanasıdır, indi KTMT haqqında hansısa cəfəngiyyatlar uydurur, Ermənistan vətəndaşlarını bol-bol doyurmağa çalışırlar”, - Zaxarova bildirib.
O əlavə edib ki, KTMT-də qalıb-qalmamağa Ermənistanın özü qərar verəcək, lakin “məsuliyyətdən yayınmaq və ya əslində günahkar olduğu iddia edilən şəxsi tapmaq cəhdi ilə KTMT-nin arxasında gizlənməyə ehtiyac yoxdur”.
Zaxarova deyib ki, İrəvanın Rusiyanın Ermənistanla münasibətlərdə niyyətlərinin səmimiliyinə dair şübhələrinin tarixi cavabı var. Rusiya dəfələrlə Ermənistana köməyə gedib, onu müdafiə edib. O əlavə edib ki, Rusiya rəhbərliyi və şəxsən Prezident Vladimir Putin Cənubi Qafqaz regionunda axan qanı dəfələrlə dayandırmaq üçün səylər göstərib.
XİN nümayəndəsi Rusiyanın qəbul etdiyi qaçqınların sayına diqqət çəkib, Qafqazdan gələnlər haqqında danışıb.
“Mən aqressiv ritorikaya görə Ermənistan xalqına hansısa anti-Rusiya gündəmi sırımaq istəmirəm. Biz həmişə orada olacağıq, həmişə kömək edəcəyik. Ermənistana, bu ölkənin xalqına həmişə açıq ürəklə, təmiz ruhla yanaşacağıq”.