Niderlanddan olan müğənni “Avroviziya”dan uzaqlaşdırılıb
Onun yarışdan çıxarılmasına səbəb olan hadisə isə sirr olaraq qalır
Niderlandlı müğənni Yosta Kleyna müəmmalı hadisəyə görə “Avroviziya - 2024”ün münsiflər heyəti tərəfindən şoudan uzaqlaşdırılıb.
Bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.
Onun yarışdan çıxarılmasına səbəb olan hadisə isə sirr olaraq qalır. Avropa Yayım Birliyi müğınni ilə bağlı araşdırmalara başlayıb.
“SVT” kanalı bildirib ki, Niderlanddan olan müğənni fotoqraflardan biri ilə mübahisə edib və nəticədə onların arasında münaqişə baş verib.