XƏBƏRLƏR / Qalmaqal

Meloni süni intellektlə yaradılan saxta şəklini paylaşdı

Xanım baş nazir süni intellekt hiyləsinin qarşısında sadə insanların necə aciz olduğuna diqqət çəkib

Meloni süni intellektlə yaradılan saxta şəklini paylaşdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İtaliya Baş naziri Corcia Meloni "X" hesabında onun rəqibləri tərəfindən süni intellekt vasitəsiylə yaradılan saxta təsvirini paylaşıb və belə saxtakarlığın yayılmasına sərt etiraz etdi.

    Xanım Meloni yazır:

    "Bu günlərdə süni intellektdən istifadə edərək yaradılan və bəzi qatı rəqiblər tərəfindən real kimi təqdim edilən saxta şəkillərim yayılır.

    Etiraf etməliyəm ki, onları yaradan kimdirsə - ən azı təqdim etdiyim şəkildə  - hətta məni xeyli bəzəyib. Amma fakt budur ki, onlar indi hücum etmək və yalanlar uydurmaq üçün sözün əsl mənasında hər şeydən istifadə edirlər.

    Lakin məsələnin məğzi məndim şəxsiyyətimdən çox kənara çıxır. Deepfakes təhlükəli bir vasitədir, çünki onlar hər kəsi aldada, manipulyasiya edə və zərər verə bilərlər. Mən özümü qoruya bilərəm. Bir çoxları isə qoruya bilməz.

    Buna görə də həmişə bir qayda tətbiq olunmalıdır: inanmazdan əvvəl yoxlayın və paylaşmazdan əvvəl etibar edin. Çünki bu gün bu mənim başıma gəldi, sabah isə hər kəsin başına gələ bilər."