Ermənilər Qüdsdə yəhudilərə qarşı çıxır
Böyük vəsaitlə 99 il icarəyə verilən ərazini ermənilər vermək istəmir
Qüdsün erməni məhəlləsinin cənub-qərbində vəziyyət son həddə çatıb.
Ötən gün İsrailin “XANA Capital” şirkəti silahlı şəxslərin köməyi ilə Ermənistan tərəfindən ona məxsus ərazini boşaltmağı tələb edib. Buna cavab olaraq erməni icmasının nümayəndələri etiraz aksiyasına toplaşıblar.
Qeyd edək ki, 2021-ci ildə Qüds erməni patriarxı Nurhan Manukyan, onun müavini Sevan Qaribyan və daşınmaz əmlak üzrə nəzarətçi Baret Yeretsyan “maliyyə sabitliyini təmin etmək” niyyəti ilə iş adamı Dani Rubenşteynlə erməni məhəlləsinin cənub-qərb hissəsini 99 illik icarəyə götürmək barədə müqavilə imzalayıblar.
Erməni məhəlləsinin sakinləri bu xəbəri düşmənçiliklə qarşılayıblar. Ermənilərin qəzəbi o həddə çatıb ki, arxiyepiskop Manukyan özünü iqamətgahına bağlayıb, daşınmaz əmlaka nəzarət edən keşiş Yeretsyan isə Kaliforniyaya qaçıb.
Daha sonra arxiyepiskopun müavini Qaribyan blokun bir hissəsinin icarəyə verilməsi ilə bağlı sövdələşmənin bağlandığını etiraf edib, lakin onu ləğv etmək üçün çox çalışdıqlarını söyləyib.