Ermənistan rəhbərliyi çarəsizlikdən sayaqlamağa başlayıb
TŞ katibi Armen Qriqoryan bəyan edib ki, Laçın dəhlizi Rusiyaya məxsusdur
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Laçın dəhlizi Rusiyaya məxsusdur.
Ermənistan İçtimai TV-nə müsahibə verən Qriqoryan bunları deyib: “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya Federasiyasına məxsusdur və orada Rusiya sülhməramlıları yerləşdirilib. Orada baş verən bütün hadisələrə görə məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür”.
Ermənistan rəhbərliyinin belə sərsəm bəyanatları Azərbaycanla Ermənistan danışıqlarını və sülh prosesini pozmaq cəhdindən başqa bir şey deyil.