XƏBƏRLƏR / Qalmaqal

İrəvanda muxalif KİV-lər Aİ müşahidə missiyasını təqib edir

Jurnalistlər missiya üzvlərinin erməni mediası ilə ünsiyyətdən yayınmaqdan narahatdırlar

İrəvanda muxalif KİV-lər Aİ müşahidə missiyasını təqib edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Aİ Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Riterin Almaniyanın DW agentliyinə verdiyi qalmaqallı müsahibədən sonra İrəvandakı missiya üzvləri media ilə əlaqələri tam kəsiblər.

    Bu da Ermənistan jurnalistlərinin haqlı narazılığına səbəb olub. Rusiyapərəst müxalifətin "Politik.am" saytı yazır: "Hökumətin təbliğatı nəticəsində böyük önəm verilən Aİ müşahidəçiləri Azərbaycanın mümkün hücumuna qarşı nəinki heç nə edə bilmir, hətta erməni mediası ilə ünsiyyətdən yayınırlar, suallarına isə cavab vermir və bəyan edilmiş Avropa dəyərlərinə uyğun şəffaflığı təmin etmir. Missiyadan ancaq Baş Qərargah aparatının rəisi Erik Dikumenin e-poçt ünvanını verildi. Erik Dikumaya məktub göndərdik, lakin gözlənildiyi kimi məktubumuz qaldı.

    İnternetdəki açıq mənbələrdən öyrənə bildik ki, Dikumen keçmişdə hərbi pilot olub, indi isə Fransa jandarmını təmsil edir. Ermənistana gəlməmişdən əvvəl o, Aİ-nin Kosovodakı xüsusi missiyası ilə əməkdaşlıq edirdi. 2019-cu ilə qədər Dikume Fransanın Ansi şəhərinin Jandarm Qüvvələrinin komandiri olub".

    Məqalənin sonunda jurnalist bir sıra ritorik sualla erməni ictimaiyyiətinə müraciət edir: "Maraqlıdır, erməniləri qorumaq bəhanəsi ilə Ermənistana gələn Aİ müşahidəçiləri niyə erməni mediasından yayınır, niyə öz missiyalarının işıqlandırılmasını, ermənilərin onların fəaliyyətindən xəbərdar olmasını istəmirlər? Onların gizlədəcəkləri bir şey varmı? Belə qapalı və üstüörtülü işin səbəbi nədir? Ümid edirik ki, bu suallara cavab alacağıq".

    .