"Kino İttifaqının işində heç bir problem yoxdur"
Bunu xalq artisti özü ANS Press-ə müsahibəsində deyib
"Mən işimin başındayam. Bu gün də iclasımız olub, ittifaqın işində hər hansı problem yoxdur". Bunu ANS Press-ə müsahibəsində Azərbaycan Respublikası Kino İttifaqının sədri Şəfiqə Məmmədova deyib. "Məni güya xəstələndiriblər, güya xəstəxanaya yerləşdiriblər - bunlar hamısı yalandır. O ki qaldı istefa verənlərə, kim işləmirsə, ittifaqdan gedir. Kim hara istəyirsə, ora da getsin". ARKİ və onun sədri Şəfiqə Məmmədovanın ətrafında baş verənlərə gəlincə, Ş.Məmmədova bunları şərh etmək fikrində olmadığını deyib.
Xatırladaq ki, 20-yə yaxın incəsənət xadimi ARKİ-nin sədri ilə problemi olduğunu əsas gətirərək, ittifaqdan getdiyini açıqlayıb.