ABŞ dövlət katibi Antoni Blinken Ukrayna tərəfindən Kremlinə dron hücumu edilməsi ilə bağlı Moskvanın bəyanatlarını heç bir şəkildə doğrulaya bilmədiyini deyib. CNN xəbər verir ki, Blinken fakt olmadan məsələ ilə bağlı rəy bildirməyin çətin olduğunu bildirib:
“Biz sadəcə bilmirik. Mən Kremldən gələn hər şeyə şübhə ilə yanaşardım. Biz faktların nə olduğuna baxacağıq. Faktları bilmədən məsələ ilə bağlı rəy bildirmək və ya fərziyələr irəli sürmək olduqca çətindir”, - Blinken əlavə edib.
Qeyd edək ki, Ukrayna Moskvaya dron hücumu edilməsi ilə bağlı hər hansı bir məlumatının olmadığını bəyan edib.