Çinin Fransadakı səfirinin müsahibəsi qalmaqala səbəb olub
Lou Çainin sərsəm bəyanatlarını Çin Xarici İşlər Nazirliyi təkzib edib
Çinin Fransadakı səfirliyi səfir Lou Çainin "Beynəlxalq hüquqa görə keçmiş Sovet respublikalarının effektiv beynəlxalq statusu yoxdur" və "Krım əsl rus torpağıdır" kimi sərsəm bəyanatlarının stenoqramını silib. "Bloomberg" xəbər verir.
Səfirin Fransa televiziyasına verdiyi bu müsahibə beynəlxalq qalmaqala səbəb olub. Bir sıra ölkə buna rəsmi etirazlarını bildiriblər.
Müsahibə səfirliyin rəsmi saytında da dərc olunmayıb.
"Çin əvvəllər SSRİ-nin tərkibində olmuş bütün ölkələrin suverenliyinə hörmətlə yanaşır" deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çinin Fransadakı səfirinin sözlərini şərh edərkən bildirib.