Ermənistan parlamentində dava düşdü VİDEO
Ermənistan parlamentinin spikeri təhlükəsizlik əməkdaşlarını iclas zalına çağırıb
Ermənistan parlamentində dava düşüb. İclas zamanı deputat Taquhi Tovmasyan siyasi aksiya keçirdiyini bildirib və tribunadan düşməkdən imtina edib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan təhlükəsizlik əməkdaşlarını iclas zalına çağırıb. Deputatlar ilə mühafizəçilər arasında dava başlayıb.
Baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanat verəndən sonra ruspərrəst Koçaryan-Sarkisyan əlaltıları ölkədə ixtişaş salıb, Azərbaycanla sülh müqaviləsi bağlanmasının qarşısını almaq istəyirlər.
Öz növbəsində, Rusiya siyasətçiləri və mətbuatı Ermənistanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımaq planlarına sərt reaksiya veriblər. Rusiya ekspertləri Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasını rəsmi Moskvanın maraqlarına zidd hesab edirlər.