İsrail hökuməti Dağıstandakı hadisələri izlədiyini bildirib
Bu barədə İsrailin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib
Mahaçqaladakı iğtişaşlardan sonra İsrail Rusiyanı təhlükəsizliyi təmin etməyə çağırıb. İsrail hökuməti Dağıstandakı hadisələri izlədiyini və Rusiya hakimiyyətindən yəhudilərin və israillilərin təhlükəsizliyini təmin edəcəyini gözlədiyini bildirib.
Bu barədə İsrailin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Sənəddə deyilir ki, hökumət aparatının rəhbəri, Xarici İşlər Nazirliyi və ölkənin Milli Təhlükəsizlik Şurası Dağıstanda baş verənləri izləyir. Bəyanatda vurğulanır ki, İsrail hakimiyyəti Rusiya hüquq-mühafizə orqanlarından harada olurlarsa olsunlar, bütün İsrail vətəndaşlarının və yəhudilərin təhlükəsizliyini təmin etmələrini və “poqromistlərə və vəhşi təhriklərə” qarşı qətiyyətli addımlar atmasını gözləyirlər.