XƏBƏRLƏR / Qalmaqal

Rusiya aktivlərinin Ukraynaya verilməsinə Tramp mane olur?

Bu sensasion xəbəri "Politico" qəzeti yayıb

Rusiya aktivlərinin Ukraynaya verilməsinə Tramp mane olur?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ hakimiyyəti Ukraynanın dondurulmuş Rusiya aktivlərindən "təzminat krediti" almasına mane olmaq üçün Avropa İttifaqına "misli görünməmiş təzyiq" göstərir. 

    Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası dost hökumətlərə dondurulmuş Rusiya aktivlərindən 210 milyard avro istifadəyə razılıq verməkdən imtina etmələri üçün təzyiq göstərir. Qəzet vurğulayır ki, Aİ əvvəllər prosesin Belçika səbəbindən dayandırıldığına inansa da, indi "məsələnin Trampda olduğunu" anlayıblar.

    Ağ Evin mətbuat katibinin müavini Anna Kelli öz növbəsində bildirib ki, "bu müzakirələrdə iştirak etməyən anonim mənbələrin açıqlamaları ciddi qəbul edilməməlidir". O, əlavə edib ki, ABŞ-ın yeganə məqsədi "[Ukrayna] münaqişəsinə son qoymaqdır". Kelli qeyd edib ki, "ruslar aktivlərin dondurulması ilə bağlı mövqelərini açıq şəkildə bildiriblər" və ABŞ sadəcə "dialoqu asanlaşdırır".