Ermənistan Rusiyaya sanksiya tətbiq edilən mallar göndərir
Bu barədə “The Wall Street Journal” nəşrinin tədqiqatında deyilir
“The Wall Street Journal” (WSJ) qəzeti yazır ki, Ermənistan Rusiyaya sanksiya tətbiq edilən malların əsas tədarükçülərindən birinə çevrilib.
Nəşr BMT-nin məlumatlarına istinad edərək, 2022-ci ildə ABŞ və Aİ Ermənistana 8,5 milyon dollardan çox məbləğdə inteqral sxemlər ixrac edib ki, bu da 2021-ci ilin ixrac həcmindən 16 dəfə çoxdur. “Eyni zamanda, Ermənistandan Rusiyaya sxemlərin ixracı 2021-ci ildəki 2 min dollardan 13 milyon dollara yüksəlib”, WSJ bildirir.
Belə davam edərsə, Ermənistanın özünə qarşı sanksiyalar tətbiq edilə biləcəyi bildirilir.