Gürcüstan parlamentində müxalifətçi rəqibini döyüb VİDEO
İclas qanunverici orqanın saytında canlı yayımlansa da, davaya digər deputatlar da qoşulub
Gürcüstan parlamentinin müxalifətdəki “Vətəndaşlar” partiyasından olan deputatı Aleksandr Elisaşvili “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze ilə dava edib. VİDEO
İclas qanunverici orqanın saytında canlı yayımlanıb.
Mdinaradze qanun layihəsinə birinci oxunuşda baxılan parlamentin hüquq məsələləri komitəsinin iclasında deputatların suallarını cavablandırıb. Qəflətən Elisaşvili onun yanına qaçaraq əli ilə başına zərbə endirib. Davaya digər deputatlar da qoşulub. Komitənin iclası təxirə salınıb. Məhkəmə icraçıları Elisaşvilini iclas zalından çıxarmalı olublar.
Gürcüstanın hakim partiyası aprelin əvvəlində analoji təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını elan edib. Qanun layihəsinin mətni “xarici təsir agenti” ifadəsi istisna olmaqla, 2023-cü ildə olduğu kimidir. Əvəzində “xarici gücün maraqlarını güdən təşkilat” anlayışından istifadə edilmişdir.