Çin XİN-dən Baydenin Si Cinpinə "diktator" deməsinə reaksiya
Rəsmi Pekin Baydenin Çin sədri haqqında dediklərini məsuliyyətsiz adlandırıb
Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin Si Cinpini diktator adlandırmasına münasibət bildirib.
RİA-ya xəbər verir ki, rəsmi Pekin Baydenin Çin sədri haqqında dediklərini məsuliyyətsiz və səhv adlandırıb.
Nazirlik sözçüsü əlavə edib ki, hər zaman Çin-ABŞ münasibətlərini təhrik etməyə və pozmağa çalışan gizli niyyətli insanlar var: "Lakin bu, uğurlu olmayacaq".
Qeyd edək ki, Bayden Çin lideri Si Cinpini hələ də diktator hesab edir.
“Qulaq as, o, həqiqətən diktatordur. O, hökuməti bizimkindən tamamilə fərqli olan kommunist ölkəsini idarə edən eyni adam olması mənasında diktatordur. Bunu inkar etmək və ya bununla mübahisə etmək sadəcə mümkün deyil”, - Bayden Si Cinpinlə görüşündən sonra deyib.