Fransa Azərbaycana şər atır?
Reuters: Azərbaycan Fransada 2024-cü ildə keçiriləcək Olimpiadanı gözdən salmaq istəyib
"Reuters" yazır: "Fransa yaydığı hesabatında 2024-cü il Olimpiadasını hədəfləyən Azərbaycanla əlaqəli dezinformasiya kampaniyası qeyd olunur.
Fransanın kibermüdafiə bölməsi Azərbaycandan yayılan dezinformasiya kampaniyasını açıqlayıb, məqsədi Parisin gələn il Olimpiya Oyunlarını keçirmək imkanlarını sarsıtmaqdır.
"Reuters" və digər KİV-lərin gördüyü hesabata görə, kampaniya iyulun 26-dan 27-dək keçmiş "Twitter" sosial şəbəkəsində Azərbaycan Prezidentinin partiyası ilə əlaqəsi olan azərbaycanlı şəxsin hesabında aparılıb.
"Araşdırmalar göstərdi ki, Azərbaycana yaxın olan ən azı bir xarici istifadəçi 2024-cü il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək imkanında Fransanın reputasiyasına xələl gətirmək məqsədi ilə qeyri-müəyyən proseslərdən istifadə edərək hərəkət edib", - Fransanın Sayıqlıq üzrə Dövlət Xidməti və Xarici Rəqəmsal Müdaxilədən Mühafizə (Viginum) kampaniyası ilə bağlı hesabatında bildirib.
Fransa polisi ilə etirazçılar arasında milyonlarla insanın izlədiyi toqquşmaları əks etdirən şəkillər və videonun yer aldığı kampaniya iyunun sonunda Parisdə baş verən iğtişaşlardan sonra #boycottparis2024 şüarı ilə həyata keçirilib.
Lakin Viginum kampaniyanı birbaşa Azərbaycan hakimiyyəti ilə əlaqələndirə bilmədiyini deyib".
Fransa hakimiyyəti dəqiq sübut olunmayan məlumatı hesabatında yayması Azərbaycana qarşı qarayaxma kampaniyasından başqa bir şey deyil. Belə ki, Azərbaycan rəsmiləri və Fransadakı Azərbaycan səfirliyindən cavabı gözləməyən rəsmi Paris bu məlumatı bilərəkdən tələm-tələsik yayıb. Xarici Rəqəmsal Müdaxilədən Mühafizə (Viginum) kampaniyası məlumatı barədə nə Azərbaycan hökumətindən, nə prezident ofisindən, nə də Azərbaycanın Parisdəki səfirliyindən şərh almamış şər və qarayaxma kampaniyasına start verilib.
Bu da öz növbəsində Azərbaycanın Fransa müstəmləkəçilik siyasətinə qarşı mübarizəyə dəstək verməsi ilə əlaqələndirilir.