XƏBƏRLƏR / Qalmaqal

Laçındakı “Simurq” kitabxanası niyə bağlanıb?

"Simurq" Kitab Evi 2024-cü ilin fevralından fəaliyyət göstərirmiş

Laçındakı “Simurq” kitabxanası niyə bağlanıb?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 2024-cü ilin fevralında Laçın şəhərində fəaliyyətə başlayan "Simurq" Kitab Evinin fəaliyyəti tamamilə dayandırılıb.

    Sözü gedən Kitab Evi Laçındakı kinoteatrın binasında fəaliyyət göstərib.

    İki işçisi də Bakı Abadlıq Xidmətindən ayda 1600 manat (hər biri 800 manat olmaqla) əməkhaqqı alıb. 

    Lakin 6 əy əvvəl "Simurq" Kitab Evinin işçilərinə məlumat verilib ki, k
    inoteatrın öz profili var, buna görə də ərazini tərk etsinlər. Həmin işçilərin də maaşları kəsilib.

    Laçın kinoteatrının direktoru Amil Məmibəyli ANS Press-ə bildirib ki, Kitab Evinin əməkdaşlarına nəvazişlə deyilib ki, yer ayrılması üçün Mədəniyyət Nazirliyinə müraciət etsinlər.

    Bu gün Mədəniyyət Nazirliyi Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə münasibət bildirib: “Bəzi insanlarda Laçındakı “Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb. Sanki söhbət dövlətin açdığı kitabxanadan gedir. Amma əslində bu, özəl şəkildə yaradılmış kitabxanadır”.

    Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib.

    “Biz dövlət qurumu olaraq, təbii ki, belə təşəbbüsləri və fəaliyyətləri dəstəkləyirik. Bu dəstək çərçivəsində “Simurq” kitabxanasının bütün kitab fondu Mədəniyyət Nazirliyi tərəfindən təmin edilib. Mədəniyyət Nazirliyinin özəl kitabxanalarla münasibətdə qanunvericiliyin imkan verdiyi dəstək mexanizmlərindən biri kitabxana fondunun zənginləşdirilməsidir. Biz “Simurq” kitabxanası – kitabxanamı deyək, kitab köşkümü, kitab rəfimi deyək – açıldığı gündən maksimum dərəcədə dəstək göstərmişik. “Simurq” adlı kitabxana ilə bağlı məsələni də bütün bu proseslərin ümumi mənzərəsi fonunda düzgün təhlil etmək lazımdır”, - nazir müavini bildirib.

    Kitabxananın "Facebook" səhifəsində yazılıb: "Əziz oxucular, bizlər könüllü olaraq işimizdəyik. Buyurub ziyarət edə bilərsiniz kitabxananı".