Xankəndi qarışır
Qondarma “parlament” son 10 il ərzində Qarabağda yaşamadığına görə Samvel Babayanın sənədlərini geri qaytarıb
 
                                    Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” sabah - 9 sentyabrda  saat 11:00-da “növbədənkənar iclas” keçirəcək.
Bu barədə "Hraparak" məlumat yayıb.
Bildirilir ki, “növbədənkənar iclas”da separatçılara yeni başçı seçiləcək. Bu “post”a əvvəlcə iki nəfərin namizədliyi irəli sürülüb: xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyan və “keçmiş müdafiə naziri” Samvel Babayan.
Lakin qondarma “parlament” son 10 il ərzində Qarabağda yaşamadığına görə Samvel Babayanın sənədlərini geri qaytarıb. Bu isə onun tərəfdarlarının etirazına səbəb olub.
Samvel Babayanın tərəfdarlarının sabahkı "seçki" zamanı qarışıqlıq yaradacağı bildirilir.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            