Kreml erməni-amerikan birgə təlimlərindən narahatdır
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov bəyan edib
Ermənistan ərazisində erməni-amerikan birgə təlimlərinin keçirilməsi ilə bağlı məlumatlar narahatlıq doğurur, Moskva bu vəziyyəti dərindən təhlil edəcək və onun inkişafına nəzarət edəcək. TASS xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təlimlərə görə, təbii ki, bu cür xəbərlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur. Ona görə də biz bu xəbəri dərindən təhlil edəcəyik və vəziyyəti izləyəcəyik”, - deyə Peskov müvafiq sualı cavablandırıb.