İsrail fransalı deputatları ölkəyə buraxmadı
Deputatlar bunu İsrailin Fransa ilə diplomatik münasibətlərinin pozulması kimi qiymətləndiriblər

İsrail 27 fransız millət vəkili və rəsmisinin Yəhudi dövlətinə və Fələstin Muxtariyyətinə planlaşdırılan səfərinə iki gün qalmış giriş vizalarını ləğv edib. Ölkənin Daxili İşlər Nazirliyi vizaların hakimiyyət orqanlarına dövlət əleyhinə hərəkət edə biləcək şəxslərin ölkəyə girişini qadağan etməyə icazə verən qanuna uyğun olaraq ləğv edildiyini bildirib.
Yuxarıda adı çəkilən nümayəndə heyəti Fransanın Qüdsdəki səfirliyi tərəfindən dəvət edildiyini və “beynəlxalq əməkdaşlığı və sülh mədəniyyətini gücləndirmək” missiyası çərçivəsində ərazilərə səfər etməyi planlaşdırdığını bildirib.
Onlar bununla bağlı prezident Makrona da müraciət edərək qeyd ediblər: “Gedişimizə 48 saat qalmış İsrailə giriş icazəmizin ləğv edilməsi Fransa ilə diplomatik münasibətlərin və respublikanın seçilmiş nümayəndələri kimi bizim mandatlarımızın ciddi şəkildə pozulması deməkdir ki, bu da dövlətimizin ən yüksək orqanlarından birmənalı mövqe tələb edir”.
Bu, Makronun Parisin yaxın aylarda Fələstin dövlətini tanımağı planlaşdırdığını açıqlamasından sonra İsrail və Fransa arasında münasibətlərin gərginləşməsi fonunda baş verib.