Ermənistanda kosmik miqyasda qalmaqal
"Hayasat-1” və “Armsat-1” peykləri digər dövlətlərin cihazlarının işini pozur
Ermənistandakı qalmaqal kosmik miqyasdadır: bir sıra ölkələr baş nazir Nikol Paşinyandan digər dövlətlərin cihazlarının işini pozan “Hayasat-1” və “Armsat-1” peyklərini orbitdən qaytarmağı tələb edir, "Sputnik" yazır.
İyulun əvvəlində ABŞ-da əvvəllər taksi sürücüsü işləmiş Avet Poqosyanın Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini vəzifəsindən istefa verməsi məlum olub. Məhz o, kosmik proqrama nəzarət edirdi.
Qeyd edək ki, hər iki peykin buraxılma prosesi müvafiq olaraq 2022 və 2023-cü illərdə ABŞ Hərbi Hava Qüvvələrinin “Vandenberq” bazasından həyata keçirilib.