İrəvanda sakin iki azərbaycanlının onu döydüyünü deyir
Bu, Ermənistan sakinlərinin dərin psixoloji problemlərindən irəli gəlir
İrəvanda vətəndaş polisə zəng edərək iki azərbaycanlının ona hücum edərək döydüyünü bildirib.
İrəvanın DİN-in Polis Əməliyyat İdarəsindən Ərəbkir rayon Polis Şöbəsinə məlumat daxil olub ki, onlara naməlum vətəndaş zəng edərək Sundukyan küçəsi 25 ünvanında iki azərbaycanlının ona hücum çəkdiyini bildirib.
Bir neçə dəqiqə sonra naməlum vətəndaş yenidən zəng edərək qeyd olunan ünvanda naməlum şəxslərin vətəndaşı döyərək narkotik maddə yaymaqda ittiham etdiyini bildirib.
Ərəbkir rayon Polis Şöbəsinin əməliyyat qrupu həmin gün məsul növbətçinin başçılığı ilə qeyd olunan ünvana gedib.
İrəvan sakini, 26 yaşlı Arman A. polisə bildirib ki, saat 20:45 radələrində Sundukyan küçəsi 25 ünvanında yerləşən qarajların yanında iş üçün olub və orada foto çəkdirib. Qonşu binanın eyvanına iki naməlum şəxs yaxınlaşaraq onu sürüyərək yerə yıxıb, bu zaman əlindən sənədləri və pulqabısı düşüb, əl-ayağı ilə vuraraq fiziki zədələr törədib və ondan telefonunda olan fotoları göstərməsini tələb ediblər. Bundan sonra adı çəkilən şəxslər polisə zəng vurub çıxıb gediblər, onlar getdikdən sonra Arman pul kisəsini tapmayıb.
Polis ciddi cəhdlə naməlum şəxslərin müəyyən edilərək tapılması istiqamətində tədbirlər görür.
Yerli psixoloqlar bu cür məluatları erməni cəmiyyətində olan dərin psixoloji problemlərlə izah etsələr də, bütün problemləri ölkədə məvcud olmayan qonşu xalqının nüayəndələrinin üstünə atmaları ölkə sakinlərinin başından aşan problelərini çözməkdə aciz olan cəmiyyət təsiri bağışlayır.