“Taliban” iranlı diplomatı Əfqanıstandan qovdu
Məlumatı “İraninternational” yayıb
“Taliban” hökuməti İranın Əfqanıstandakı diplomatı Əli Mucanini “arzuedilməz şəxs” elan edərək, onun ölkə ərazisini tərk etməsini istəyib.
Məlumatı “İraninternational” yayıb.
Bildirilib ki, Əli Mucaniyə bir neçə saatlığa Əfqanıstanı tərk etmək tələb edilib. Məlumata görə, iranlı diplomatı “səlahiyyət həddini aşdığı” üçün cəzalanıb.
İranlı diplomat Əli Mucaniyə Əfqanıstanı tərk etmək üçün bir neçə saat vaxt verilib, çünki onların fikrincə, o, “səlahiyyətlərini aşmışdı”.
“Taliban” rəsmiləri diplomatın yol verdiyi pozuntuları açıqlamayıblar. Bununla belə, onun ölkənin Qəndəhar bölgəsində yerli hakimiyyətin razılığı olmadan tədbir keçirdiyi bildirilir.
Məlumata görə, “Taliban”ın liderlərindən sayılan Molla Heybətullah Axundzadə Əli Mucaninin Qəndəhara getməsinə icazə verməyib.
İnformasiyaya əsasən, ötən ilin dekabrında İran Əfaqnıstanın Məşhəddəki konsulu Səlimini “persona non-qrata” elan edərək ölkədən deportasiya etmişdi. Bu ilin əvvəlində “Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Mötaqi İrana səfər etmişdi. Onun bu ziyarəti ilə ölkələr arasında gərginliyin azalacağına ümid edilirdi.