XƏBƏRLƏR / Qalmaqal

İran rəsmisi İran-ABŞ danışıqlarında qızıl qələm oğurladı

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb

İran rəsmisi İran-ABŞ danışıqlarında qızıl qələm oğurladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən həftə Maskatda (Oman) ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar zamanı İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi masa üzərindəki 15 min dollara yaxın qiyməti olan qızıl qələmi oğurlayıb.

    Məlumata görə, Oman Xarici İşlər Nazirliyini qələmin qiymətinin 14,300 dollar olduğunu bildirib və onun geri qaytarılmasını istəyib. 

    Qeyd olunub ki, Qəribabadi qızıl qələmi təsadüfən oğurladığını və qiymətini bilmədiyini açıqlayıb. O, dəyərli qələmi səfirlik vasitəsilə qaytaracağını vurğulayıb.

    Hələlik isə qələmin geri qaytarıldığı və ya “müharibə qəniməti” kimi saxlanıldığı bəlli deyil.