AFFA “erməni təxribatı” ilə bağlı UEFA-ya müraciət edəcək
Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib
Azərbaycan Futbol Federasiyası AVRO-24-ün seçmə mərhələsində İrəvanda keçirilən Ermənistan - Xorvatiya oyunu zamanı dron vasitəəsiylə stadionun üzərində qondarma "DQR"-in bayrağını nümayiş ediblər. Bu ermənilərin təxribatı ilə bağlı AFFA UEFA-ya müraciət edəcək. Bu barədə Azərbaycan mətbuatına Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Xatırladaq ki, sentyabrınn 8-də Əskişəhərdə keçirilən Türkiyə-Ermənistan oyununda erməni tərəfi UEFA-dan stadionda Azərbaycan bayraqlarının olmamasını tələb etmişdi. Və Türkiyə tərəfi UEFA-nın bu tələbini tam yerinə yetirmişdi.