"Sputnik-Moldova" agentliyinin rəhbəri ölkədən qovulub
Vitali Denisovun Moldovaya girişinə 10 illik qadağa qoyulub YENİLƏNİB
12:40
"Sputnik Moldova"nın rəhbərinin deportasiyası ilə əlaqədar olaraq Moldovanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
***
Moldova hakimiyyəti "Sputnik-Moldova" agentliyinin rəhbəri Vitali Denisovu ölkədən deportasiya edib və 10 il ölkəyə girişinə qadağa qoyub. Bu barədə RİA Novosti-yə onun özü məlumat verib.
Denisovun sözlərinə görə, miqrasiya xidmətinin əməkdaşları onun Kişinyovdakı evinə gələrək deportasiya qərarı ilə onu maşına mindiriblər.
Denisov bildirib ki, ona əşyalarını yığmağa və ev heyvanlarını götürməyə icazə verilməyib. Həmin şəxsin ölkəyə girişinə on il qadağa qoyulub. "Sputnik Moldova"nın rəhbəri qeyd edib ki, bu barədə səfirə məlumat verilib.
“Ehtimal ki, Moldovanın milli təhlükəsizliyini təhdid edən fəaliyyətlər həyata keçirmək niyyətindədir” – Moldova hakimiyyəti jurnalist Vitali Denisovun deportasiyası üçün əsas kimi bu ifadəni göstərir.