Qalmaqal: Gürcüstan separatçı Abxaziyaya benzin veribmiş
Müxalifətin və içtimayyətin kəskin etirazlarından sonra tədarük dayandırılıb
Gürcüstan separatçı Abxaziyaya benzin tədarükünü dayandırdı.
Rusiyadan benzini qurtardıqdan sonra Gürcüstan hökumətinin icazəsi ilə Abxaziyaya benzin satan "Repsol" şirkəti tədarükün ləğv olunduğunu elan etdi.
Gürcüstan bazarında "Connect" brendi altında yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə fəaliyyət göstərən Ispaniyanın "Repsol" şirkəti rəsmi açıqlama verərək, sonradan işğal altındakı Abxaziyaya çatdırılan yanacağın məhz şirkətin satın aldığını təsdiqləyib.
Bundan əvvəl Gürcüstan hakimiyyəti "Repsol" şirkətinə Abxaziyada satış üçün vasitəçi "Solidus" şirkətinə yanacaq tədarük etməyə icazə vermişdi. Şirkət qərarını belə izah etdi: "Solidusun alınan neft məhsullarını dəqiq harada satacağı bizimlə razılaşdırılmayıb və bizim məsuliyyətimiz xaricindədir."
14 avqustda "Solidus" şirkətinin sahibi respublikanın Qali rayonundakı çatışmazlıqlar səbəbindən Abxaziyaya benzin tədarükünün 400 tona qədər artırıldığını elan etdi. Abxaziyada qlobal benzin çatışmazlığı avqustun əvvəlində başladı. Ekspertlər hesab edirlər ki, vəziyyət daha da pisləşəcək.
Mediada yayılan məlumatlara görə, şirkətin qərarına Abxaziyaya benzin satışından narazı olan ictimaiyyətin və müxalifət partiyalarının əhəmiyyətli bir hissəsinin mənfi reaksiyaları səbəb olub.
Qeyd edək ki, Repsol S.A. Madriddə yerləşən İspaniyanın çoxmillətli enerji və neft-kimya şirkətidir. 2022-ci il Forbes Global 2000 siyahısında Repsol dünyanın 320-ci ən böyük açıq şirkəti kimi qiymətləndirilib. 2022-ci il etibarilə şirkətin dünya miqyasında 24.000 işçisi var.
1 dəqiqə