XƏBƏRLƏR / Qalmaqal

"Laçın" yazısına görə 489 000 manat?

"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxs bu qiyməti söyləyib

"Laçın" yazısına görə 489 000 manat?
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi şəxs Laçın rayonunda "Laçın" memarlıq abidəsinə görə 489 667,98 manatlıq tender elan edib.

    "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsdən ANS Press-ə bildiriblər ki, bu rəqəm bəzilərinin şişirtdiyi kimi elə də böyük rəqəm deyil.

    "Bir hərfin eni 5 metr, hündürlüyü 15 metr, layihənin ümumi eni 56 metrdir. Bu məbləğə yazıya aparan yol, işıqlandırma da daxildir. Relyefi də nəzərə almaq lazımdır. Layihə konstruksiyaların quraşdırılmasını (polad) nəzərdə tutur. Yazı "Hollivud", "Dərbənd" (2019-cu il) yazısının oxşarı olacaq.

    O da Laçının mərkəzində, dağların üstündə qoyulacaq. Laçında istənilən yerdən o yazı görünəcək. Laçın turist şəhəridir" - deyə qurumdan bildiriblər. 

    "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti"ndən onu da bildiriblər ki, "bəlkə hansısa şirkət 410 min manata təklif etdi, bilmirik. 489 667 manat ilki ekspertizanın qiymətləridir" - deyə "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti"ndən bildirilib.