Gürcüstanda cümə namazı qılınmasına icazə verilməyib VİDEO
Məscid ətrafında gərginlik yaranıb, əraziyə çox sayda polis səfərbər edilib
Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Samtsxe-Cavaxeti regionunun Adigeni bələdiyyəsinidə məsciddə müsəlmanlara cümə namazı qılmasına icazə verilməməsi gərginliyə səbəb olub, əraziyə çox sayda polis səfərbər edilib.
Bu barədə Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidze “Facebook” paylaşımında bildirib.
Müsəlmanlara (azərbaycanlılara - ANS Press) cümə namazı qılınmasına icazə verilmədiyini, vəziyyətin olduqca gərgin olduğunu qeyd edib. Əlavə edib ki, polis yolu bağlayıb və müsəlmanlara məscidə getməyə icazə vermir. Deputat yerli sakinlərə istinadən əraziyə xüsusi təyinatlı polislərin göndərildiyini qeyd deyib.