Gürcü prezident Rusiyaya uçuşa başlayan şirkəti boykot etdi
Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin “Georgian Airways” aviaşirkətinin xidmətlərindən istifadə etməyəcək. Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
Prezident Rusiyaya uçuşlara başladığı üçün şirkəti boykot edib: “Mənə gəlincə, bu dövlətdən (Rusiya) zənginləşmə üçün istifadə edən "Georgian Airways" şirkətini boykot edirəm".
Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Gürcüstana uçuşlara qoyulan qadağanı ləğv edib. O, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini də aradan qaldırıb.
Qeyd edək ki, Gürcüstana və əks tərəfə uçuşlar "Azimut", "Georgian Airways", "Red Wings" şirkətləri tərəfindən həyata keçirilir.