XƏBƏRLƏR / Qalmaqal

Hərbi cani Norat Ter-Qriqoryants vətənindən imtina etdi

1-ci Qarabağ müharibəsində Azərbaycan xalqının qatili olan şəxs bir də Ermənistana gəlməyəcəyi haqda bəyanat verib

Hərbi cani Norat Ter-Qriqoryants vətənindən imtina etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SSRİ və Ermənistan Respublikasının general-leytenantı, 1990-cı illərdə Ermənistanda Rusiya hərbi qüvvələrinin yerləşdirilməsi ideyasının memarlarından biri olan və Moskvada yaşayan hərbi cani (ANS Press) Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina edib.

    O, müsahibəsində deyib: "Pasportumu təhvil verdim və prezident ofisinizdən mesaj aldım: "Siz vətəndaşlığınızdan məhrum edildiniz". Belə ki, əlvida, əzizlərim. Bir daha Ermənistana gəlməyəcəyəm. Vəssalam".

    Qeyd edək ki, Ter-Qriqoryants 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin komandanı, daha sonra isə silahlı qüvvələrin baş qərargah rəisi və Ermənistan müdafiə nazirinin birinci müavini təyin edilib. 1993-cü ildə Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edib və Azərbaycana qarşı əməliyyatları planlaşdıran hərbi canilərdən biri olub.