XƏBƏRLƏR / Qalmaqal

Rusiya Almaniyanın Sankt-Peterburqdakı konsulluğunu bağlayır

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb

Rusiya Almaniyanın Sankt-Peterburqdakı konsulluğunu bağlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Almaniya tərəfinin sentyabrın 7-də Bonndakı Rusiya Baş Konsulluğunu və Berlindəki Rusiya Elm və Mədəniyyət Evini bağlamaqda etdiyi qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq, Almaniya Federativ Respublikasının Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili aşağıdakı cavab tədbirlərinin görüldüyünü elan edib.

    Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlamaq və Höte mərkəzlərinin əməkdaşlarını ölkədən çıxarmaq qərarına gəlib".

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    XİN Sankt-Peterburqdakı alman diplomatlarının sentyabrın 18-dək Rusiyanı tərk etmələrini tələb edib.

    Höte mərkəzlərinin əməkdaşları isə sentyabrın 13-dək Rusiyanı tərk etməlidirlər.

    “Rusiya Federasiyası və Almaniya Federativ Respublikası arasındakı münasibətlərdə yeni bir eskalasiyanın nəticələrinə görə məsuliyyət tamamilə Berlinin üzərinə düşür”, - Rusiya XİN-in məlumatında deyilir.