İranda Azərbaycana qarşı daha bir təxribat FOTO/VİDEO
Təbrizdəki Baş konsulluğumuz qarşısında “Hüseyniyyun” təşkilatının bayraqları qaldırılıb
İranda Azərbaycana qarşı təxribatlar davam etdirilir. Azərbaycanın Təbrizdəki Baş konsulluğunun qarşısında SEPAH-ın yaratdığı “Hüseyniyyun” təşkilatının bayraqları qaldırılıb. Azərbaycan İslam Müqavimətinin twitter səhifəsində bunu əks etdirən video və foto yerləşdirilib.
Azərbaycanın rəsmi dairələri bu hadisənin martın 3-də olduğunu təsdiqləyib.
Lakin Azərbaycanın Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı hər hansı şərh verməyib.