"Qırmızı Xaç"ın Bakı ofisi İrəvan ofisini təkzıb edir VİDEO
BQXK Ermənistan ofsinin nümayəndəsi Zara Amatuni Azərbaycan KİV-lərini yalan danışmaqda ittiham edib
"Bu gün və dünən BQXK Laçın yolu ilə tibb müasisələri üçün dərman və digər ləvazimatları catdırıb. Digər əməliyyatların da bərpası ilə bağlı müzakirələr davam edir". Bunu ANS Press-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. VİDEO
Qeyd edək ki, bir neçə saat əvvəl Ermənistan KİV-ləri BQXK-nın Ermənistan nümayəndəliyinin kommunikasiya və profilaktika proqramlarının rəhbəri Zara Amatuniyə istinadən Azərbaycanın Teleqram kanallarında Qırmızı Xaç avtomobillərinin Laçın dəhlizi ilə hərəkət etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
“Bu köhnə kadrlardır, bu gün Qırmızı Xaç avtomobilləri Laçın dəhlizindən keçməyib. Şəkillərdə göstərilən avtomobillər Artsaxa dərman və zəruri əşyalar çatdırırdı”.