Rusiya TV-si Almaniyada körpüləri partlatmaqla hədələyib
Bu barədə BİLD dərgisi məqalə çap edib
"Rusiyadan yeni təhdid jestləri bu dəfə birbaşa Almaniyaya ünvanlanıb!" Bu barədə Almaniyanln BİLD dərgisi yazır.
Məqalədə daha sonra deyilir:
"Kreml hökmdarı Vladimir Putinin (71 yaş) baş yalançılarından biri olan Dmitri Kiselyov (69 yaş) “Rossiya 1” dövlət televiziyasında yayımlanan “Vesti Nedeli” proqramında dörd alman körpüsünü nişan alıb: Şlezviq-Holşteyndəki Fehmarnsund körpüsü və Troq körpüsü. Magedeburqda, Meklenburq-Qərbi Pomeraniyada Rügen körpüsü və Kölndə Hohenzollern körpüsü."
Kiselyov dövlət televiziyasında Rusiyanın işğal etdiyi Krım yarımadası ilə Rusiya materiki arasında yerləşən Kerç körpüsünə Almaniya istehsalı olan "Taurus" raketləri ilə hücum olarsa, qisas almaq üçün Almaniyada 4 körpünün məhv edilməsini təklif edib. "Ayıb olardı, amma biz nə edək?" - Kiselyov dedi. O, arxa planda körpülərin kompüter animasiyaları ilə təhdidlərini vizuallaşdırıb.