Rusiya XİN sözçüsü Zaxarova rəsmi İrəvanı sərt ittiham etdi
Zaxarova Sarkisyanın Putinə ünvanladığı məktubu dərc etmə məsələsinə münasibət bildirib
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı dövlət başçılarının yazışmalarını onların razılığı olmadan yayaraq etik standartlara məhəl qoymamaqda ittiham edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə rəsmi İrəvanın keçmiş Qarabağ münaqişəsi ilə bağlı eks-prezident Serj Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubla bağlı məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, İrəvan ATƏT-in Minsk qrupu həmsədrlərinin iş materiallarını və dövlət başçılarının yazışmalarını onların razılığı olmadan açıqlayaraq etik standartlara məhəl qoymayıb.
Bundan başqa, Zaxarova brifinqdə bəyan edib ki, Qarabağla bağlı danışıqlarda hər zaman iki komponent - beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət və Qarabağın köklü əhalisinin maraqları və hüquqlarının təmin olunması arasında balans axtarılıb.
O qeyd edib ki, Qarabağın müstəqilliyi və onun Ermənistana birləşdirilməsi barədə danışıqlar aparılmayıb.
1 dəqiqə