XƏBƏRLƏR / Qalmaqal

Fransa Gürcüstanda da aranı qarışdırmaq istəyir

Fransanın yeni səfiri Olivier Kurto anti-Gürcüstan güvvələri ilə gizli görüş təşkil edib

Fransa Gürcüstanda da aranı qarışdırmaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransanın Gürcüstandakı yeni səfiri qalmaqalın mərkəzində.

    Olivier Kurto Gənc Hüquqşünaslar Assosiasiyası və Strateji Təhlil Mərkəzi də daxil olmaqla təxminən 15 QHT-nin nümayəndələri ilə gizli görüş keçirib. Rustavi 2-nin məlumatına görə, görüş səfirlikdə deyil, Tbilisidəki şəxsi mənzildə baş tutub.

    "Bu cür təşkilatlarla gizli əlaqələr diplomat üçün faydalı olmamalıdır, çünki bu, onun öz nüfuzuna xələl gətirir. Bizə həmçinin maraqlıdır ki, niyə anti-Gürcüstan və konstitusiyaya zidd proseslərdə iştirak edən təşkilatların nümayəndələri ilə gizli şəkildə mənzildə görüşməyə ehtiyac yaranıb", - Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani bildirib.

    Öz növbəsində, "Gürcü Arzusu"ndan olan deputat Levan Maçavariani səfirdən və Fransa səfirliyindən izahat tələb edib.

    Qeyd edək ki, Diplomat vəzifəsinin icrasına bu ilin sentyabr ayında başlayıb.

    Kurto əvvəllər Silahlı Qüvvələr Nazirliyində yüksək vəzifələrdə çalışıb. O, Lissabon, Ankara, Əmman, Əlcəzair və Əbu-Dabidə birinci katib, məsləhətçi, daha sonra isə birinci məsləhətçi vəzifələrində çalışıb.