XƏBƏRLƏR / Qalmaqal

Belçika polisi Aİ-nin bir neçə qurumunun ofisinə basqın edib

YENİİLƏNİB

Belçika polisi Aİ-nin bir neçə qurumunun ofisinə basqın edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:27

    Avropa İttifaqının diplomatik xidmətinin keçmiş Baş katibi Stefano Sannino Belçika polisi tərəfindən saxlanılıb.

    "İzvestiya” qəzeti xəbər verir ki o, polisin Aİ nəzdində fəaliyyət göstərən qurumlarda həyata keçirdiyi araşdırma çərçivəsində saxlanılıb.

    Avropa Kollecinin direktor müavininin də polis tərəfindən həbs olunacağı gözlənilir.

    Qeyd edək ki, artıq polisin saxladığı Avropa rəsmilərindən iki nəfərin şəxsiyyəti məlum olub.

    Onlardan biri Stefano Sannino, digəri isə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş Ali Nümayəndəsi Federiko Mogerinidir.

    ***


    16:50


    Avropa İttifaqının (Aİ) Brüsseldəki diplomatik xidmət qərargahında axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Mogerini saxlanılıb.

    Bu barədə AFP agentliyi məlumat yayıb.

    O, diplomatların təhsil proqramı ilə əlaqədar dələduzluqda şübhəli bilinir. Kurslara Aİ maliyyə dəstəyi göstərir.

    ***

    14:56

    Belçika polisi Avropa İttifaqının Brüsseldəki diplomatik xidmət ofisinə və şəxsi evlərə basqın edib.

    “Euractiv” xəbər verir ki, buna səbəb Aİ-nin maliyyə ehtiyatlarından sui-istifadə olunması ilə bağlı şübhələrdir.

    Bildirilir ki, bu gün səhər saatlarında Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) qərargahına həyata keçirilən basqında 10 nəfər mülki formada olan belçikalı polis iştirak edib.

    Bundan başqa Avropa Kolleci təşkilatının ofisinə də polis tərəfindən basqın edilib.

    Məlumatlı mənbələrin sözlərinə görə, buna səbəb sözügedən təşkilatın Aİ maliyyə mənbələrini 2021-2022-ci illər ərzində sui-istifadə etməsidir.

    Hələlik Belçika polisinin ümumi basqınlarda bir sıra sənədləri ələ keçirdiyi, 3 nəfəri həbs etdiyi və sorğu-suala çəkdiyi bildirilir.

    Araşdırma davam edir.