Ermənistan hökuməti Roma Statutunu ratifikasiyaya göndərdi
Statut qəbul edilsə, Ermənistan Putini İrəvanda həbs etməlidir
Ermənistan hökuməti Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edib.
Sənəd ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərarlar Ermənistan hökuməti tərəfindən məcburi icra olunacaq.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.
Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putin Ermənistan ərazisinə səfər etməsi mümkün olmayacaq.