Çəkiclə Kapitoliyə girmək istəyən şəxs saxlanılıb
Bu barədə polis press-reliz yayıb
Amerika Birləşmiş Ştatlarının Kapitol Polisi çəkiclə binaya girməyə cəhd edən və sonra hüquq-mühafizə orqanının əməkdaşına müqavimət göstərən şəxsi həbs edib.
Bu barədə polisin saytında dərc olunmuş press-relizdə deyilir.
“Təxminən saat 15:40-da Kapitol Ziyarət Mərkəzində bir kişinin bel çantası rentgen aparatından keçərkən onun içərisində çəkic olduğu müəyyən edilib. Şübhəli şəxs çantanı götürmək istəyib və müqavimət göstərib. Nəticədə zabit tərəfindən zərərsizləşdirilib”, - məlumatda deyilir.
Saxlanılan şəxsin 33 yaşı olan Kristofer Snou olduğu müəyyən edilib. O, Ohayo ştatının Kanton şəhərində yaşayırmış.
Hazırda həbs edilən şəxsin Kapitoliyə çəkiclə getməsinin səbəblərini müəyyən edilməsi üçün araşdırma aparılır.