İran Rusiyadan Su-35 qırıcılarının alınmasını ləğv edib
Pulu ödənilmiş təyyarələrin hələ də İrana ötürməməsinin səbəbi İsrail ola bilər
İranın müdafiə naziri Aştiani Rusiya Federasiyasından Su-35 qırıcılarının alınması ilə bağlı sövdələşmənin baş tutmadığını təsdiqləyib: “Hansısa zaman biz alış üçün sövdələşdik, lakin belə nəticəyə gəldik ki, onları (qırıcıları) ölkədə istehsal etmək imkanımız var”. Müdafiə nazirinin sözlərinə görə, İran hakimiyyəti “vəziyyəti öyrənir” və satınalma qərarına yenidən baxa bilər.
Bildirilir ki, Rusiyaya pulu ödənilmiş təyyarələrin hələ də İrana ötürməməsinin səbəbi İsrail ola bilər.