Rusiya İrəvanda abidəni təhqir edənin cəzalanmasını istəyir
Blokadada olan Leninqrad uşaqlarının İrəvandakı abidəsinə qarşı nalayıq hərəkətlər törədilib
Rusiyanın Ermənistandakı səfirliyi İrəvanda mühasirədən sağ çıxanların xatirəsinə ucaldılmış abidəni təhqir edənləri cəzalandırmağa çağırıb.
Diplomatik nümayəndəlik qeyd edib ki, Rusiya tərəfi Ermənistan hakimiyyətindən hüquqi qiymət gözləyir.
İrəvanda, blokadada olan Leninqrad uşaqlarının abidəsini ləkələyənlər cəzalandırılmalıdır, Rusiya tərəfi Ermənistan hakimiyyəti tərəfindən hüquqi qiymət gözləyir. Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.