Ermənipərəst Koksu qatı antiislam qüvvələri maliyyələşdirib
O, ekstremist yevangelist "xeyriyyəçi"lərin idarə etdiyi Amerika təşkilatından küllü miqdarda pul alıb
Bədnam ermənipərəst Baronessa Koks İslam əleyhdarı fəallarla əlaqələri üzə çıxdıqdan sonra maliyyə maraqlarını açıqlamağa məcbur oldu.
Baronessa Koks ortodoks xristian qrupları və homoseksual evlilik əleyhinə kampaniyalarla əlaqəli olan ekstremist yevangelist "xeyriyyəçi"lərin idarə etdiyi Amerika təşkilatından küllü miqdarda maliyyə vəsaiti götürüb. Sənədlər də göstərir ki, o, İslamın tanınmış radikal tənqidçiləri ilə müntəzəm görüşlər keçirir (Sky News).