XƏBƏRLƏR / Qalmaqal

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə oyun oynayır

Rafael Qrossi: Dəvət olunmaqlarına baxmayaraq, AEBA müfəttişləri əsas nüvə obyektlərinə buraxılmayıb

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə oyun oynayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran əsas nüvə obyektlərinə girişi rədd edir.

    Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi deyib ki, İran iyun ayında ABŞ-ın hücumları nəticəsində zərər çəkmiş ərazilərə müfəttişlərin daxil olmasına icazə verməyib, bu da agentliyin zərəri tam qiymətləndirməsinə mane olub. “İran müfəttişlərə Buşehr AES-də yanacaq dəyişikliklərinə nəzarət etməyə icazə versə də, digər əsas nüvə obyektlərinə giriş qadağandır”, o deyib.

    Qrossi həmçinin 25 ölkənin nüvə silahına malik olduğu dövrün başlaması təhlükəsi barədə xəbərdarlıq edib.